Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq


Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq.

Empatv.az-ın məlumatına görə, buna səbəb şəhərin Əliqulu Qəmküsar, Babək və Əlincə məhəllələrini su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılmasıdır.

Odur ki, saat 10:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq. İşlər bu gün yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
Top