PKK-nın İraqın şimalında silahları təhvil verəcəyi tarix məlum olub

PKK-nın İraqın şimalında silahları təhvil verəcəyi tarix məlum olub


İraqın şimalında keçmiş PKK terror qruplaşması üzvlərinin silahlarları iyulun 11-dən etibarən təhvil verəcəkləri gözlənilir.

Empatv.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, silahların təhvil verilməsi prosesi Süleymaniyyə bölgəsində baş tutacaq.

Qeyd olunub ki, DEM Partiya prosesi müşahidə etmələri üçün xüsusi nümayəndə heyəti formalaşdırıb. Heyətdə partiya həmsədrləri Tülay Hatimoğulları və Tuncer Bakırhanın da olacağı nəzərdə tutulub.

Eyni zamanda tərk-silah prosesinin əvvəlcədən canlı yayımlanması planlaşdırılsa da, ancaq təhlükəsizlik səbəbindən ləğv edilib. PKK-nın silahları təhvil verməsi prosesinin videosu bir neçə gün sonra yayımlanacaq.
Top