Tovuz səngərində əbədiyyətə ucalan general – Polad Həşimovun və silahdaşlarının ölməz salnaməsi
2020-ci ilin iyulunda Azərbaycanın Tovuz rayonunda baş verən və tarixə “Tovuz döyüşləri” kimi düşən şiddətli toqquşmaların üzərindən beş il keçir. Bu döyüşlər yalnız sərhəd münaqişəsi deyildi, bu, vətənpərvərliyin, fədakarlığın və şücaətin əsl simasını göstərən bir sınaq idi. O sınağın önündə isə bir general dururdu — Polad Həşimov.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları zamanı şəhid olan ilk və yeganə generalı olaraq tarixə düşən Polad Həşimov iyulun 12-dən 16-dək davam edən döyüşləri şəxsən özü idarə etdi. O, general paqonlarını təpədən yox, səngərdən daşıyan bir sərkərdə idi. Döyüş meydanını tərk etmədi. Əsgərləri ilə birgə addımladı, birgə döyüşdü və birgə şəhid oldu.
Onunla bərabər silahdaşları da şəhidlik zirvəsinə ucaldı:
Polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov və Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizirlər İlqar Zeynallı və Yaşar Babayev, müddətdən artıq xidmət edən igidlər — əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov...
Bu igidlərin hər biri şəhadətə bir addım atdıqda, arxalarında bir xalqın başını dik tutdu.
General Polad Həşimov 2020-ci il iyulun 15-də silahdaşı polkovnik İlqar Mirzəyev ilə yanaşı II Fəxri Xiyabanda dəfn edildi. Bu yan-yana dəfn onların cəbhədəki birliklərini əbədiləşdirdi.
Beş il keçib… Lakin xalqın yaddaşında onların adı daha da ucalıb. Uşaqlar artıq “Polad” adını qürurla daşıyır, analar bu adla övlad böyüdür, xalq şəhidlərinin ruhuna dua ilə yaşayır.
Bu gün Tovuzda əsən külək təkcə sərhəd münaqişələrinin xatirəsini yox, şəhidlərin xatirəsini də daşıyır. Və bir daha xatırladır:
Vətən səngərdə qorunur, şəhidlərlə yaşadılır!

Xəbəri hazırladı: Aysu Qədirli