Qəhrəmanın doğum günü — Raquf Orucovun mövludu!
12 iyul tarix təqvimində sadəcə bir gün deyil. Bu gün şəhid polkovnik Raquf Orucovun doğum günüdür. 1972-ci ildə dünyaya gəlmiş, igidliyi, kəşfiyyat bacarığı və döyüş əzmi ilə seçilmiş qəhrəman bu torpağın yaddaşına əbədi həkk olunub.
Ermənilərin səhər düzülüşünü videoya çəkən, düşmənin qəlbinə qorxu salan, düşmənin alay komandirinin oğlunu girov götürəcək qədər cəsur, peşəkar və müdrik bir zabit idi Raquf Orucov. Amma onun cəsurluğu yalnız səngərlərlə məhdudlaşmırdı — o həm də sevginin, ailənin qəhrəmanı idi.
Həyat yoldaşı Sevinc Orucovanın sözləri təkcə bir qadının ürək yanğısı deyil, bir millətin şəhidinə olan minnətdarlığının səssiz ifadəsidir:"Raqufdan sonra mənim üçün bu tarixin əhəmiyyəti yoxdur. Həyatım iki hissəyə bölündü: 2016-cı il aprelin 4-dək olan dövr və ondan sonrakı həyat."
O, Raqufla keçirdiyi illəri belə xatırlayır:
"Qadın kimi ona görə xoşbəxt idim ki, qəhrəman vətən oğlunun həyat yoldaşıydım. Cəsur kəşfiyyatçının həyat yoldaşı olmaq mənə çox şeyi — fədakarlığı, əqidəli olmağı öyrətdi."
Hər şəhidin arxasında göz yaşları var, amma Raquf Orucovun adı bu göz yaşlarının içində gur yanaraq xalqın yaddaşına hopur.
Yaşasaydı, bu gün 53 yaşını qeyd edəcəkdi… Lakin o, yaşını torpaqla bölüşməyi, ömrünü Vətənlə bir etməyi seçdi.
Qəhrəmanlar unudulmur! Sadəcə səssizcə anılır...
Və əbədi sevilir!

Xəbəri hazırladı: Qədirli Aysu
Qeyd: Xəbərin hazırlanmasında jurnalist Anar Tağıyevin qeyd etdiyi məlumatlardan istifadə olunmuşdur.