Azərbaycanın ornitoloji turizm imkanları Böyük Britaniyada təqdim olunub
Azərbaycanın ornitoloji turizm imkanları iyulun 11-dən başlayaraq Böyük Britaniyanın Rutland şəhərində keçirilən və bu gün başa çatacaq "Global Bird Fair” beynəlxalq quş müşahidəsi turizmi sərgisində təqdim olunub.
Empatv.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Sərgidə ziyarətçilərə Azərbaycanın ekoloji müxtəlifliyi, quş növləri, qorunan əraziləri, milli parkları və ekosistemlərinin həssas balansını qorumaq üçün görülən mühafizə tədbirləri barədə məlumat verilib.
Tədbir çərçivəsində, həmçinin bu sahədə fəaliyyət göstərən turoperatorlar, təşkilatlar və beynəlxalq ekspertlərlə əməkdaşlıq imkanları müzakirə edilib.
“Global Bird Fair” quş müşahidəsi turizmini təşviq edən və bu sahədə qlobal məlumatlılıqla əməkdaşlığı gücləndirməyə yönəlmiş illik beynəlxalq tədbirdir.
Sərgi 62 ölkə və 287 beynəlxalq şirkət nümayəndələrini bir araya gətirir.
Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu beynəlxalq mütəxəssislər və Azərbaycan Ornitoloji Cəmiyyəti ilə sıx əməkdaşlıq çərçivəsində ekoturizmin əsas istiqamətlərindən biri kimi ornitoloji turizmin təşviqi üçün müxtəlif təşəbbüslər həyata keçirir.
Bu təşəbbüslərə ixtisaslaşmış broşürlərin hazırlanması, beynəlxalq turoperatorlar, ornitoloji turizm ekpertləri üçün tanıtım səfərləri və təbiət turizmi bələdçiləri ilə sənaye nümayəndələri üçün təlim sessiyalarının təşkili daxildir.