Şərurun bir neçə kəndində qaz kəsiləcək

Şərurun bir neçə kəndində qaz kəsiləcək


Bu gün Şərur rayonunun bir neçə kəndinin təbii qazla təchizatı müvəqqəti dayandırılacaq.

Empatv.az-ın məlumatına görə, 159 mm boruda sızma aşkar olunması ilə əlaqədar təmir işləri aparılması məqsədilə saat 14:00-dan Kürçülü, Kürkənd, Alışar, Muğanlı, Qorçulu, Şəhriyar və Yengicə kəndlərində qaz kəsiləcək.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
Top