İlk uşaqlar daha ağıllı olurlar

İlk uşaqlar daha ağıllı olurlar


2007-ci ildə 250.000 norveçli yeniyetmə arasında aparılan araşdırmada ilk doğulan uşaqların kiçik uşaqlara nisbətən orta İQ səviyyəsinin 2,3 bal yüksək olduğu müəyyən edilib. Tədqiqatçılar bunun genetik deyil, ətraf mühit faktorları ilə bağlı olduğunu düşünürlər.Böyük uşaqlar tez-tez kiçik bacı-qardaşlarını öyrədirlər, bu da onların məlumatı yadda saxlamalarını asanlaşdırır. Ailələr uşaqların sayı artdıqca hər uşağa daha az diqqət yetirməyə meyllidirlər ki, bu da başqa bir amildir. Tədqiqatçılar deyirlər: “Hər əlavə uşaqla ailədə hər kəsin intellektual səviyyəsi aşağı düşür”.

Böyüklər daha məsuliyyətli olmağa meyillidirlər.
Onsuz da kiçik bir bacı-qardaşın olması özlüyündə bir məsuliyyət deməkdir. Ceffri Kluger “Qardaşlar, bacılar və bizi biz edən bağlar” kitabında iddia edir ki, böyük bacı-qardaşlar ailə bağlarına və adət-ənənələrinə daha çox sadiqdirlər. Buna görə də daha məsuliyyətlidirlər.

Onlar daha diqqətli və sakitdirlər.
2015-ci ildə edilən bir araşdırmaya görə, ilk doğulan uşaqlar daha nizamlıdırlar və onlar ikinci, üçüncü doğulanlara nisbətən daha az qəzəblənirlər. Başqa sözlə, ilk övlad olmaq özü ilə uzun müddətdə bizə fayda verəcək şəxsiyyət xüsusiyyətlərini gətirir.

Mənbə: onedio.com
Hazırladı: Gülnisə Əfkari
Top