Brisbendə keçirilən Multikultural Festivalda Azərbaycan təmsil olunub

Brisbendə keçirilən Multikultural Festivalda Azərbaycan təmsil olunub


Avstraliya İttifaqının Brisben şəhərində keçirilən Multikultural Festivalda Azərbaycan da təmsil olunub.Diasporla İş üzrə Dövlət Komitəsindən Empatv.az-a verilən məlumata görə, orta məktəbdə təşkil edilən festivalda Azərbaycanla yanaşı, Avstraliya, Misir, Hindistan, Əfqanıstan, Afrika, Filippin, Vyetnam, Çin, Yaponiya, Kamboca, Koreya, Yeni Zelandiya və başqa ölkələr öz milli mədəniyyətlərini əks etdirən xüsusi guşələr yaradıblar. Festival çərçivəsində müxtəlif xalqlara məxsus rəqslər, oyunlar nümayiş olunub, eləcə də fotostendlər vasitəsilə ölkələrin adət-ənənələri və mədəni irsi haqqında iştirakçılara məlumat verilib.Azərbaycan guşəsi “Kvinslenddə Azərbaycanın Milli Assosiasiyası”nın vitse-prezidenti Aytən Məmmədova və həyat yoldaşı Con Millettin təşkilatçılığı ilə yaradılıb. Ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini və mətbəxini əks etdirən milli geyimlər, suvenirlər və digər mədəni nümunələr sərgilənib.
Festival iştirakçıları Azərbaycan guşəsinə böyük maraq göstəriblər.
Top