Sabirabadda 34 yaşlı qadın tüstüdən zəhərlənib

Sabirabadda 34 yaşlı qadın tüstüdən zəhərlənib


Sabirabad rayon sakini tüstüdən zəhərlənib.

Empatv.az-ın məlumatına görə, hadisə şəhərin Mirzağa Hümbətov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, sözügedən küçədə yerləşən marketlərin birində elektrik xəttində yanğın baş verib. M.Hümbətov küçəsi, 116 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Şahbazova Sevər Oruc qızı yanğınla müşayiət olunan tüstüdən zəhərlənib.

O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Top