Tramp Pakistana səfər edəcək

Tramp Pakistana səfər edəcək


ABŞ Prezidenti Donald Tramp sentyabrda Pakistana səfər edəcək.

Empatv.az-ın məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən xəbər verir.

Bu, təxminən iki onillik ərzində ABŞ Prezidentinin Pakistana ilk səfəri olacaq. Pakistana sonuncu dəfə 2006-cı ildə səfər edən ABŞ Prezidenti kiçik Corc Buş olub.

Mənbələrin bildirdiyinə görə, Tramp Pakistandan sonra Hindistana da səfər edəcək.
Top