Cənubi Koreyada daşqınlar nəticəsində dörd nəfər həlak olub, 5 mindən çox insan təxliyə edilib

Cənubi Koreyada daşqınlar nəticəsində dörd nəfər həlak olub, 5 mindən çox insan təxliyə edilib


Cənubi Koreyaya yağan güclü yağışlar nəticəsində dörd nəfər həlak olub.

Empatv.az-ın məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verir.

Agentliyin məlumatına görə, güclü yağışlar dörd nəfərin ölümünə səbəb olub, daha bir nəfər itkin düşüb, 5 mindən çox insan təxliyə edilib.

Ən çox ölüm halı Çxunçxon-Namdo əyalətində qeydə alınıb. Cümə günü səhər saatlarında 13 şəhər və əyalətdən 5 min 192 nəfər evlərindən təxliyə edilib.

Cənubi Koreya hökuməti təbii fəlakətə tam miqyaslı cavab vermək üçün müvafiq nazirlik və qurumları səfərbər edib.
Top