Şəhid Cəbrayıl Qasımovun doğum günüdür!

Şəhid Cəbrayıl Qasımovun doğum günüdür!


Bu gün – 19 iyul 2025-ci il tarixi Vətən müharibəsi şəhidi Cəbrayıl Qasımovun doğum günüdür. 1996-cı ildə dünyaya gələn və cəbhəyə könüllü yollanan Cəbrayıl Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidin ailəsinin verdiyi məlumata görə, General Polad Həşimovun və Anar Novruzovun şəhidliyindən sonra Cəbrayıl qərar verir ki, o da döyüşə gedəcək. Anasının bütün yalvarışlarına belə cavab verir:

“Ana, bəs Vətəni kim qoruyacaq? Mən gedəcəyəm, əgər qismətimdə şəhidlik varsa, şəhid olaram, olmaramsa, sağ-salamat qayıdaram.”


İki il nişanlı olan Cəbrayıl Qasımovun bu cəsarətli addımı onu minlərlə gəncin simasında Vətənə sədaqətin, ailəyə hörmətin və fədakarlığın timsalına çevirib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Cəbrayıl Qasımov "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Bu gün onun adı Azərbaycan xalqının qürur tarixinin şanlı səhifələrinə yazılıb, ruhu isə daim hörmət və ehtiramla yad olunur!
Ruhun şad olsun, şəhidim!

Hazırladı: Qədirli Aysu
Top