Es-Süveydadakı toqquşmalar nəticəsində ölənlərin sayı 940 nəfərə çatıb

Es-Süveydadakı toqquşmalar nəticəsində ölənlərin sayı 940 nəfərə çatıb


Cənubi Suriyada ölənlərin sayı 940 nəfərə çatıb.

Empatv.az “The Times of Israel” istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Monitorinq Mərkəzi məlumat verib.

Mərkəzin məlumatına görə, Suriyada druzların yaşadığı Es-Süveyd vilayətində ölənlərin sayı ötən həftə sonundan bəri atəşkəs elan edilməsinə baxmayaraq 940 nəfərə çatıb.

Mərkəzdən bildirilib ki, ölənlər arasında 326 druz döyüşçüsü və 262 mülki şəxs var, onlardan 182-si "müdafiə nazirliyi və daxili işlər nazirliyi əməkdaşları tərəfindən məhkəməsiz edam edilib".

Onların arasında, həmçinin 312 dövlət təhlükəsizlik xidməti əməkdaşı və 21 bədəvi var ki, onlardan üçü "druz döyüşçüləri tərəfindən məhkəməsiz edam edilmiş" mülki şəxslərdir. Mərkəzin məlumatına görə, daha 15 hərbçi İsrail zərbələri nəticəsində ölüb.
Top