Cəlilabadda balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır
Cəlilabad rayonunun Pərdi kəndi ərazisində göllərdən birində balıqların kütləvi ölümü qeydə alınıb.
Empatv.az-ın məlumatına görə, suyun kəskin azalması səbəbindən göldəki xırda kilkə balıqlar tələf olub.
Kənd sakinləri qeyd edib ki, balıqlar gölə təxminən 50 il öncə buraxılıb. Son 5 ilə qədər isə burada həvəskar balıqçılar ovla məşğul olublar.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.