Slovakiya Rusiyadan qaz alışını artırmaq niyyətindədir

Slovakiya Rusiyadan qaz alışını artırmaq niyyətindədir


Slovakiya Avropa İtifaqının güzəştləri çərçivəsində Rusiya qazının istehlakını artırmaq niyyətindədir.

Bu barədə Empatv.az “Bloomberg”ə istinadən xəbər verir.

Belə ki, ki, dövlətin nəzarətində olan enerji şirkəti Slovensky plynarensky priemysel (SPP) 2026-cı ildə Rusiyadan bu növ enerji xammalı idxal etməklə öz istehlakçılarını qazla tam təmin etməyi planlaşdırır.

Qeyd edilir ki, bu, Avropa İttifaqının digər alıcı şirkətləri üçün spot alışlara qadağa qoyulması sayəsində mümkün olacaq ki, bu da Qazprom-un uzunmüddətli müştəriləri üçün boru kəmərlərində daha çox tutumu azad edəcək.

Rusiyaya qarşı sanksiyalar çərçivəsində 2026-cı ilin yanvarında Aİ-də Rusiya qazının spot alışına qoyulan qadağa qüvvəyə minəcək. İcmaya üzv olan bütün dövlətlər yalnız 2027-ci ilin sonuna qədər Rusiyanın enerji resurslarından imtina etməli olacaqlar.
Top