Rusiya və Ukrayna növbəti dəfə hərbi əsir mübadiləsi həyata keçirib

Rusiya və Ukrayna növbəti dəfə hərbi əsir mübadiləsi həyata keçirib


Rusiya və Ukrayna növbəti dəfə hərbi əsir mübadiləsi həyata keçirib.

Empatv.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"İyunun 2-də İstanbulda əldə edilmiş Rusiya-Ukrayna razılaşmalarına əsasən, bir qrup rusiyalı hərbçi Ukrayna ərazisindən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbi əsiri təhvil verilib", - məlumatda deyilir.

Rusiyalı hərbçilər Belarus ərazisindədirlər, onlara lazımi psixoloji və tibbi yardım göstərilir. Onlar tezliklə öz vətənlərinə çatdırılacaqlar.
Top