Yevlaxda odlu silahla qətl törədilib

Yevlaxda odlu silahla qətl törədilib


Yevlaxda qətl hadisəsi baş verib.

Empatv.az-ın məlumatına görə, rayonun Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayev odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

Onu tüfənglə qətlə yetirməkdə şübhəli bilinən isə həmkəndlisi 1957-ci il təvəllüdlü Əli Rəsulovdur. Ə.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Məlumata görə, onlar torpaq sahəsi üstündə mübahisə ediblər. Bu gün səhər saatlarında isə mübahisə münaqişəyə çevrilib və R.Mustafayev odlu silahla başından vurulması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.
Top