Rusiyada 49 nəfəri daşıyan təyyarənin qalıqları tapılıb.

Rusiyada 49 nəfəri daşıyan təyyarənin qalıqları tapılıb.


Rusiyada radarlardan itən "An-24" sərnişin təyyarəsinin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib.

Empatv.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə təcili xidmətlər məlumat verib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, axtarış işləri zamanı "Rosaviasiya"nın "Mi-8" helikopteri "AN-24" təyyarəsinin gövdəsini aşkar edib.
Qurum əlavə edib ki, təyyarə düşdükdən sonra yanıb. Xilasedicilər qəza yerinə yollanırlar.
Bildirilib ki, təyyarədə 43 sərnişin (onlardan 5-i uşaq) və 6 ekipaj üzvü olub.

Bundan əlavə, Rusiyanın Baş naziri Mixail Mişustin Amur bölgəsində "An-24" təyyarəsinin qəzasının nəticələrinin aradan qaldırılması üçün hökumət komissiyası yaradıb.
M.Mişustinin tapşırığı ilə Nikitin və "Rosaviasiya"nın rəhbəri Dmitri Yadrov təyyarə qəzası yerinə uçacaqlar.

"Rosaviasiya"nın məlumatlarına görə, qəzaya uğrayan "An-24" təyyarəsi 2018-ci ildən bəri dörd hava insidentində iştirak edib.
Top