ICESCO Bakıda mədəni irsin qorunması ilə bağlı ilk regional seminar təşkil edib

ICESCO Bakıda mədəni irsin qorunması ilə bağlı ilk regional seminar təşkil edib


İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Bakıda mədəni irsin qorunması məsələlərinə həsr olunmuş ilk regional seminar təşkil edib.

Empatv.az ICESCO-nun sosial şəbəkələrdəki məlumatına istinadən xəbər verir ki, seminarın əsas məqsədi təşkilata üzv ölkələrin regionun zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində səylərini dəstəkləməkdir.

"Mədəniyyət təkcə tarixi irsin bir hissəsi deyil, həm də kimliyi formalaşdıran və xalqlar arasında körpü rolunu oynayan müasir dövrün ən vacib elementidir", - ICESCO-nun regional ofisinin direktoru Əbdülhakim Əl-Sənan bildirib.
Top