Müxtəlif səbəblərə görə 41 bağça müdiri işdən çıxarılıb
Müxtəlif səbəblərə görə 41 bağça müdiri işdən çıxarılıb"2025-ci ilin yanvar ayından etibarən müxtəlif səbəblərə görə 41 bağça müdiri işdən çıxarılıb".
Empatv.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində keçirilən brifinqdə Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.
Şöbə müdirinin sözlərinə görə, 100-dən çox müdirə inzibati tədbirlər tətbiq olunub.
O bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəbəqədər təhsil müəssisələri üçün keyfiyyət çərçivə sənədi hazırlanıb:
"Bu sənədə əsasən, 150 bağçada daxili keyfiyyət sisteminin qurulması üzrə monitorinqlər həyata keçirilib. Bu il əlavə 100 bağçada da keyfiyyət təminatı üzrə monitorinqlərin davam etdirilməsi planlaşdırılır. Agentlik və yerli təhsili idarəetmə orqanları tərəfindən aparılan planlı monitorinqlər zamanı idarəetmə sistemi, pedaqoji proseslər və inzibati işlər yoxlanılır".