Sakit okeanda sutka ərzində ikinci zəlzələ baş verib
İyulun 31-də Sakit okeanda Şimali-Kurilsk yaxınlığında sutka ərzində ikinci zəlzələ baş verib.
Empatv.az Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə "Yujno-Saxalinsk" seysmostansiyasının rəhbəri Yelena Semyonova bildirib.
Seysmoloqlar 6,0 maqnitudalı ilk zəlzələni isə Kuril adalarının sahilində qeydə alıblar.
"31 iyul tarixində saat 17.51-də (Moskva vaxtı ilə 9.51) Sakit okeanda 5,1 maqnitudalı zəlzələ qeydə alınıb. Yerli təkanların episentri Şimali-Kurilsk şəhərindən 104 kilometr cənub-şərqdə, zəlzələ ocağı isə 60 kilometr dərinlikdə yerləşib", - agentliyin həmsöhbəti bildirib.