Xalq artisti Arif Babayev vəfat etdi.
Azərbaycan muğam sənətinə misilsiz töhfələr vermiş, xalq artisti, görkəmli muğam ustadı Arif Babayev 87 yaşında dünyasını dəyişib.
Mədəniyyət Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Arif Babayev uzun illər ərzində milli musiqi sənətimizin inkişafında, muğam məktəbinin qorunub saxlanılmasında və yeni nəslin yetişdirilməsində mühüm rol oynayıb. Onun zəngin yaradıcılığı və pedaqoji fəaliyyəti xalqımızın mədəni irsində daim yaşayacaq.
Əməkdar incəsənət xadimi, sevilən muğam ifaçısı bu gün səhər saatlarında müalicə aldığı Mərkəzi Klinikanın Reanimasiya və intensiv Terapiya şöbəsində həyata keçirilən kompleks tibbi müdaxilələrə baxmayaraq vəfat edib. Bu barədə klinika rəsmi məlumat yayıb.
Muğam sənətinin korifeyi
Xalq artisti 20 fevral 1938-ci ildə Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Səsi və sənəti ilə yalnız ölkəmizdə deyil, beynəlxalq səviyyədə də muğamın təbliğinə töhfə verib. Onun ifasında səslənən muğamlar nəsillərin yaddaşına həkk olunub.
Eyni zamanda pedaqoji fəaliyyət göstərmiş Arif Babayev Azərbaycan Milli Konservatoriyasının professoru, yüzlərlə tələbənin müəllimi olmuşdu. O, Azərbaycan muğamının yaşadılması, inkişafı və dünyaya tanıdılması işinə ömrünü həsr etmiş nadir sənətkarlardandır.
Allah rəhmət eləsin!

Mirzəzadə