IX “Muğam” Televiziya Müsabiqəsinin finalçıları açıqlandı — Böyük final Laçında keçiriləcək!
Azyaşlı və gənclər arasından seçilən iştirakçılar 26 avqust tarixində Laçın səhnəsində çıxış edəcəklər.
Azərbaycanın zəngin muğam irsini qoruyub yaşadan və yeni istedadları üzə çıxaran IX “Muğam” Televiziya Müsabiqəsi final mərhələsinə qədəm qoyur. Dünən yayımlanan buraxılışda hər iki yaş qrupu üzrə finalçılar müəyyənləşib.
Azyaşlılar kateqoriyası üzrə finalçılar:
Əhəd Ağayev
Murad Nəbizadə
Mətləb Əhmədzadə
Kənan Tağızadə
Yusif Mustafayev
Gənclər arasında finala yüksələn iştirakçılar:
Kənan Novruzov
Yusif Cəfərbəyli
Aycan Şükürlü
Rəis Niftəliyev
Nərmin Mirzəyeva
Əli Rəşidi
Aytac Bəybalayeva
Final mərhələsi 26 avqust 2025-ci il tarixində Laçın şəhərində keçiriləcək. Qarabağın bu dilbər guşəsində təşkil olunacaq tədbir eyni zamanda muğamın azad torpaqlarda səslənməsi baxımından simvolik məna daşıyır.
Münsiflər heyəti kimi isə yenə də müsabiqənin yüksək peşəkarlıqla qiymətləndirilməsi məqsədi ilə aşağıdakı tanınmış sənət adamları münsiflik edəcəklər:
Vamiq Məmmədəliyev
Mənsum İbrahimov
Səkinə İsmayılova
İlqar Fəhmi
Sərdar Fərəcov
Nəzakət Teymurova
Mələkxanım Əyyubova
Qeyd edək ki,IX “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondu, Azərbaycan Televiziyası (AzTV) və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Layihə həm ifaçılıq ənənələrinin gənc nəslə ötürülməsi, həm də milli-mədəni kimliyin təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Azərbaycanın zəngin muğam irsini qoruyub yaşadan və yeni istedadları üzə çıxaran IX “Muğam” Televiziya Müsabiqəsi final mərhələsinə qədəm qoyur. Dünən yayımlanan buraxılışda hər iki yaş qrupu üzrə finalçılar müəyyənləşib.
Azyaşlılar kateqoriyası üzrə finalçılar:Əhəd Ağayev
Murad Nəbizadə
Mətləb Əhmədzadə
Kənan Tağızadə
Yusif Mustafayev
Gənclər arasında finala yüksələn iştirakçılar:
Kənan Novruzov
Yusif Cəfərbəyli
Aycan Şükürlü
Rəis Niftəliyev
Nərmin Mirzəyeva
Əli Rəşidi
Aytac Bəybalayeva
Final mərhələsi 26 avqust 2025-ci il tarixində Laçın şəhərində keçiriləcək. Qarabağın bu dilbər guşəsində təşkil olunacaq tədbir eyni zamanda muğamın azad torpaqlarda səslənməsi baxımından simvolik məna daşıyır.
Münsiflər heyəti kimi isə yenə də müsabiqənin yüksək peşəkarlıqla qiymətləndirilməsi məqsədi ilə aşağıdakı tanınmış sənət adamları münsiflik edəcəklər:
Vamiq Məmmədəliyev
Mənsum İbrahimov
Səkinə İsmayılova
İlqar Fəhmi
Sərdar Fərəcov
Nəzakət Teymurova
Mələkxanım Əyyubova
Qeyd edək ki,IX “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondu, Azərbaycan Televiziyası (AzTV) və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Layihə həm ifaçılıq ənənələrinin gənc nəslə ötürülməsi, həm də milli-mədəni kimliyin təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Foto [AzTV]
Mirzəzadə