Türkiyə parlamentinin PKK-nın tərk-silahı üzrə komissiyası avqustun 5-də işə başlayacaq

Türkiyə parlamentinin PKK-nın tərk-silahı üzrə komissiyası avqustun 5-də işə başlayacaq


Türkiyə parlamentinin Kürd Fəhlə Partiyasının (PKK) tərk-silahı üzrə komissiyasının birinci iclası avqustun 5-nə planlaşdırılıb.

Empatv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə parlamentin sədri Numan Kurtulmuş bildirib.

"Komissiyanın bütün üzvlərini avqustun 5-də keçiriləcək birinci iclasa dəvət edirəm", - N.Kurtulmuşdan sitat gətirilib.

Xəbər verildiyi kimi, parlamentdə təmsil olunan bütün partiyaların deputatlarından ibarət olan komissiya PKK-nın tərk-silah prosesinin qanunvericilik bazasının hazırlanmasını həyata keçirəcək. Bundan baqa, komissiya parlamentin payız sessiyasının keçiriləcəyi oktyabr ayına qədər antiterror aktlarına və cəzaların icrası haqqında qanuna dəyişikliklər də daxil olmaqla təkliflərini hazırlayacaq.
Top