2 Avqust – Azərbaycan Kinosu Günüdür!

2 Avqust – Azərbaycan Kinosu Günüdür!


Bu gün, 2 Avqust – Azərbaycan kino sənətinə həsr olunmuş xüsusi gündür. Rejissordan tutmuş ssenaristə, aktyordan tutmuş işıqçıya qədər bu sahədə çalışan hər kəsin bayramıdır!

Azərbaycan kinosunun sevilən filmlərindən biri olan “Bəyin oğurlanması” filmində mərhum aktyor Səməndər Rzayevin söylədiyi məşhur ifadə bu günə işıq tutur:

 “Bu kino ki var, çox qəliz məsələdir.”

Bəli, kinomatoqrafiya yalnız çəkiliş prosesi deyil, xalqın yaddaşını, tarixini və ruhunu yaşadan sənətdir.
Kino vasitəsilə biz Nəsiminin hikmətini, Koroğlunun igidliyini, Nizaminin irsini, Qaçaq Nəbinin azadlıq savaşını tanımışıq.
Azərbaycan kinosu musiqi ilə görüntünün harmoniyasıdır.
Rasim Ocaqov və Emin Sabitoğlu, Həsən Seyidbəyli və Tofiq Quliyev kimi yaradıcı tandemlər gözümüzün önündə bizə təkcə film deyil, həyat dərsi təqdim ediblər.
Bu əlamətdar gündə Azərbaycan kino fədailərini dərin hörmət və ehtiramla anırıq!
Fəxrlə deyirik: Yaxşı ki, Azərbaycan Kinosu var!

Mirzəzadə
Top