Xalq yazıçısı Elçin Əfəndiyev dünyasını dəyişdi.
Dramaturq, yazıçı, professor, Azərbaycan Dövlət mükafatı laureatı, xalq yazıçısı, sabiq baş nazir müavini Elçin Əfəndiyev bu gün 82 yaşında vəfat edib.
Elçin Əfəndiyev 1943-cü ildə anadan olub. Qeyd edək ki,o,Azərbaycanın tanınmış ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi İlyas Əfəndiyevin ailəsində dünyaya göz açıb.
Ədəbi fəaliyyətə 1960-cı illərin əvvəllərindən başlayan Elçin Əfəndiyev özünün fərqli üslubu, dərin psixologizmi və bənzərsiz bədii dili ilə Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib. O, bir çox hekayə və romanları ilə oxucuların rəğbətini qazanıb. Onun əsərləri müxtəlif dillərə tərcümə olunub və bir çox səhnələrdə tamaşaya qoyulub.
Yazıçı həm də uzun illər dövlət və ictimai fəaliyyətlə məşğul olub. 1993-2018-ci illərdə Azərbaycanın baş nazirinin müavini vəzifəsində çalışıb. Ədəbi və dövlət fəaliyyəti ilə yanaşı, Elçin Əfəndiyev həm də pedaqoji fəaliyyətlə məşğul olub, Bakı Dövlət Universitetinin professoru olaraq gənc nəslin yetişməsində rol oynayıb.
Xalq yazıçısının vəfatı Azərbaycan ədəbiyyatı və ictimaiyyəti üçün böyük itkidir. O öz əsərləri ilə daima yaşayacaq və xatirəsi hər zaman ehtiramla anılacaq.

Mirzəzadə