Kamçatkada Kraşeninnikov vulkanı müşahidələr tarixi ərzində ilk dəfə püskürməyə başlayıb

Kamçatkada Kraşeninnikov vulkanı müşahidələr tarixi ərzində ilk dəfə püskürməyə başlayıb


Rusiyanın Kamçatka diyarında Kraşeninnikov vulkanının püskürməsi başlayıb.

Empatv.az-ın xəbərinə görə, bu barədə Kamçatka Vulkan Püskürməsi üzrə Reaksiya Qrupu (KVERT) məlumat yayıb.

Vulkanın avqustun 2-də axşam saatlarında püskürməyə başladığı bildirilir. Püskürmə zamanı kül tullantıları dəniz səviyyəsindən 6 kilometr hündürlüyə çatıb.

Məlumata görə, müşahidələr tarixi ərazində Kraşeninnikov vulkanının püskürməsi ilk dəfə qeydə alınıb.

Kraşeninnikov vulkanına narıncı aviasiya təhlükə kodu verilib. Yaşayış məntəqələrində kül tullantılarının düşməsi qeydə alınmayıb.
Top