Özbəkistan və BMT yeni beşillik əməkdaşlıq proqramı imzalamağa hazırlaşır

Özbəkistan və BMT yeni beşillik əməkdaşlıq proqramı imzalamağa hazırlaşır


Özbəkistan BMT ilə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq kontekstində yeni beşillik əməkdaşlıq proqramı imzalamağa hazırlaşır.

Empatv.az-ın Özbəkistan liderinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu məsələ Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin BMT-nin Baş katibi Antonio Quterreş ilə BMT-nin Dənizə Çıxışı Olmayan Ölkələr üzrə Üçüncü konfransı çərçivəsində keçirilən görüşdə müzakirə olunub.

Tərəflər qlobal və regional inkişafın aktual məsələlərini, həmçinin BMT Baş Assambleyasının 80-ci sessiyasına hazırlıq işlərini müzakirə ediblər.

Ş.Mirziyoyev artıq əldə edilmiş razılaşmaların praktiki şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu gün BMT ilə 160-dan çox birgə proqram və layihə həyata keçirilib.
Top