ABŞ Prezidentinin xüsusi nümayəndəsi Moskvaya gedib

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Moskvaya gedib


ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffu daşıyan təyyarə Moskvaya çatıb.

Empatv.az-ın xəbərinə görə, bu barədə TASS-a avia dispetçer dairələrindən məlumat verilib.

“Ötən axşam ABŞ-dan yola düşən Uitkoffu daşıyan təyyarə Moskvaya çatıb”, - agentliyin mənbəsi bildirib.

Vnukovo hava limanında Stiv Uitkoffu Rusiya İnvestisiya Fondunun rəhbəri və Rusiya Prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Top