Rasim Balayev — Kino tariximizin canlı əfsanəsi!
Bu gün, 8 avqust Azərbaycan kinosunun canlı əfsanəsi, Xalq artisti Rasim Balayevin ad günüdür. Hər birimizin yaddaşında özünəməxsus yeri olan bu sənətkarı sadəcə aktyor adlandırmaq, bəlkə də,yetərli deyil. O, illər boyu canlandırdığı unudulmaz obrazlarla bir millətin tarixi, mədəniyyəti və mənəvi dəyərlərini əks etdirmişdir.
Rasim Balayevin yaratdığı Nəsimi, Babək, Beyrək kimi qəhrəmanlar sadəcə film personajları deyil, həm də tariximizin, qürurumuzun, milli kimliyimizin bir parçasıdır. Onun səsi, duruşu, baxışı tamaşaçının qəlbinə toxunur, illər keçsə də,unudulmur. Rasim Balayev hər bir rolu ilə ona həvalə olunan obrazların daxili dünyasını, hisslərini o qədər təbii və inandırıcı çatdırır ki, sanki tamaşaçı onu deyil, tarixən həmin şəxsi izləyir.
Bu gün ad günü münasibəti ilə bütün ömrünü sənətə həsr edən böyük sənətkara bir daha dərin hörmət və minnətdarlığımızı bildiririk. Azərbaycan kinosunun inkişafında misilsiz xidmətləri olan bu əvəzolunmaz sənətkara uzun ömür, can sağlığı, tükənməz enerji və yeni-yeni uğurlar arzulayırıq. Ad gününüz mübarək, Rasim müəllim!

Mirzəzadə