"20 Yanvar" stansiyasında doğulan körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edə biləcək


Bakı metrosunda yeni doğulmuş körpə metronun bir növ “xüsusi sərnişini” olacaq.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

"Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək", - deyə məlumatda bildirilib.
Top