Tramp Zelenski ilə distant formada görüşəcək

Tramp Zelenski ilə distant formada görüşəcək


ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Jey Di Vens avqustun 13-də Ukrayna lideri Volodimir Zelenski və Aİ liderləri ilə distant formada danışıqlar aparacaq.

Empatv.az-ın məlumatına görə, bu barədə NBC xəbər verib.

Görüş iki mərhələdə keçiriləcək: əvvəlcə Aİ Zelenski ilə danışıqlar aparacaq, sonra Amerika nümayəndə heyəti qatılacaq. Daha sonra Zelenski tərəfdaş ölkələrlə ayrıca görüş keçirəcək.

“Danışıqlar Alyaskada keçiriləcək Tramp-Putin sammiti öncəsidir və burada hərbi əməliyyatların dayandırılması müzakirə olunacaq”, - NBC iddia edir.
Top