Bakıxanovda marketdən lotereya biletləri və pul oğurlayan şəxs tutulub

Bakıxanovda marketdən lotereya biletləri və pul oğurlayan şəxs tutulub


Empatv.az xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən marketlərin birindən 200 manat pul, 800 manat dəyərində lotereya biletləri və tütün məmulatları oğurlanıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində talama cinayətini törətməkdə şübhəli bilinən 30 yaşlı N.Nəcəfzadə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır
Top