Masallıda narkotik təsiri altında sərnişin daşıyan sürücü həbs olunub

Masallıda narkotik təsiri altında sərnişin daşıyan sürücü həbs olunub


Empatv.az xəbər verir ki, Masallı rayon sakini Qadir Kərimov sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes” markalı mikroavtobusla sərnişindaşıma fəaliyyəti göstərərkən yol polisi tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun məlumatına görə, yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinə aparılıb və onun narkotik vasitə qəbul etdiyi müəyyən edilib.

Rayon məhkəməsinin qərarı ilə Q.Kərimov 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Top