Zaqatalada 10 kiloqramdan artıq narkotiklə yaxalanan şəxs həbs edilib
Empatv.az xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Tədbir zamanı əvvəllər məhkum olunmuş, 33 yaşlı Vüsal Yusifov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına görə, ondan 10 kiloqramdan artıq marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb və məhkəmənin qərarı ilə V.Yusifov barəsində həbs qətimkan tədbiri seçilib.