Polis 70 kiloqrama yaxın narkotik və 3 mindən çox çətənə kolu aşkarladı

Polis 70 kiloqrama yaxın narkotik və 3 mindən çox çətənə kolu aşkarladı


Empatv.az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avqustun 13-də ümumi çəkisi 70 kiloqrama yaxın narkotik vasitə götürülüb.

Bundan əlavə, yabanı halda bitmiş 3 tondan artıq çəkidə, ümumilikdə 3267 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Top