Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib

Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib


Şəmkir rayonunda 20 nəfər qidadan zəhərlənib, onlardan 5-i Tovuzda bir ailənin üzvüdür.

Empatv.az-ın məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü N.Tağıyeva, 2010-cu il təvəllüdlü E.Tağıyev, 2021-ci il təvəllüdlü R.Tağıyev, 2024-cü il təvəllüdlü K.Tağıyev və ailənin daha bir üzvü qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.

Zəhərlənən şəxslərin yaxınları dönər yedikdən sonra onların vəziyyətlərinin dəyişdiyini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.
Top