
“Yanan obyekt bizə aid deyil”- Sədərək Ticarət Mərkəzindən açıqlama
Qeyd etdiyimiz kimi, Sədərək Ticarət Mərkəzində bu gün saat 11:45 radələrindən yanğın başlayıb. Məsələ ilə bağlı Sədərək Ticarət Mərkəzinin mətbuat xidmətindən verilən açıqlamaya görə, yanan obyekt tamamilə başqa şirkətə məxsus anbardır. Yəni ticarət mərkəzi bu yanğından heç bir zərər görməyib.
Hazırladı: Gülnisə Əfkari