Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Bu əlamətdar gündə Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti bir daha xatırlanır. O, təkcə rəsmi vəzifələri ilə deyil, həm də xeyriyyəçilik və mədəniyyət sahəsindəki uğurlu layihələri ilə tanınır. Birinci xanım olaraq Mehriban xanımın Azərbaycanın beynəlxalq arenadakı imicinin möhkəmlənməsində böyük xidmətləri olub. O, Heydər Əliyev Fondu vasitəsilə təhsil, səhiyyə və mədəniyyət layihələrinə dəstək verərək cəmiyyətin inkişafına mühüm töhfələr bəxş edib.
Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınının gücünün, zəhmətkeşliyinin və intellektinin bariz nümunəsidir. O, hər zaman sadəliyi, zərifliyi və işgüzarlığı ilə seçilir. Bu əlamətdar gündə onu səmimi-qəlbdən təbrik edir, fəaliyyətində yeni uğurlar arzulayırıq!

Mirzəzadə
Top