Laçın Şəhəri Günü

Laçın Şəhəri Günü


Bu gün, 26 avqust Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik bir gündür. Məhz bu tarixdə, 2022-ci ildə Laçın şəhəri 30 illik işğaldan sonra azad olunaraq öz sahiblərinə qayıdıb. Bu, təkcə bir şəhərin deyil, bütövlükdə Azərbaycan xalqının qüdrətinin, iradəsinin və zəfərinin təcəssümüdür. Bu tarixi hadisə həm də Qarabağa Böyük Qayıdışın parlaq bir simvoludur. Bu əlamətdar gündə Laçın şəhərinin azadlığı və dirçəlişi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirik!

Mirzəzadə
Top