Gəncədə iki qonşu bir-birini bıçaqlayıb

Gəncədə iki qonşu bir-birini bıçaqlayıb


Gəncə sakinin bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.

Empatv.az məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakinləri 1982-ci il təvəllüdlü Etibar Məmmədovun daxilə keçməyən və 1984-cü il təvəllüdlü Ziya Cəfərovun daxilə keçən kəsici-deşici alətlə xəsarət almaları barədə məlumat daxil olub.

İlkin araşdırmalar zamanı onların qonşuluq münaqişəsi zamanı bir-birilərinə xəsarət yetirmələri məlum olub. Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
Top