Ağcabədidə yaşayış evində yanğın olub

Ağcabədidə yaşayış evində yanğın olub


Ağcabədi rayonunda yaşayış evində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Hacılar kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Top