Nərimanov rayonunun bəzi ərazilərində qaz olmayacaq

Nərimanov rayonunun bəzi ərazilərində qaz olmayacaq


Bu gün Nərimanov rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Azəriqaz"dan verilən məlumata görə, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar 04.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Təmir işləri aparılan müddətdə H.Əliyev prospektində, A.M.Cümə, N.Hacıyev, Ə.Əliyev, A.Nemətulla, O.Əliyev və Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunur.
Top