Biləsuvarda kanaldan 17 yaşlı yeniyetmənin meyiti tapılıb
Biləsuvar 17 yaşlı yeniyetmə kanala yıxılaraq ölüb.
Empatv.az-ın məlumatına görə, hadisə rayonun Nərimankənd kəndində qeyd alınıb.
Belə ki, kənd sakini 17 yaşlı İqbal İlqar oğlu Quluzadə körpüd’n keçərkən kanala yıxılıb. Kanalda boğularaq ölən yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Hadisə ilə bağklı FHN də məlumat yayıb. Nazirliyin "112" qaynar telefon xəttinə Cənubi Muğan kanalının Biləsuvar rayonunun Nərimankənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.