"Ədalət yalnız qanunun mətnindən ibarət deyil!"


Sizə ABŞ-da baş verən bir məhkəmə prosesindən danışmaq istəyirəm.
Beləliklə, Helen içəri girəndə məhkəmə zalını dərin bir sükut bürüdü.
91 yaşındaydı. Boyu təxminən 1.52 metrdən bir az da qısaydı.
Bədənini udub gedən xəstəxana xalatı geyinmişdi. Biləkləri qandalda idi, əlləri titrəyirdi. Kənardan baxan üçün isti bir qonaq otağında dincəlməli olan bir nənə kimi görünürdü.
Hakim Markus qarşısındakı sənədləri nəzərdən keçirdi:
Quldurluq (qəsb).
Sonra başını qaldırıb Helenə baxdı.
Helen və onun həyat yoldaşı Corc 65 ildir ki, sadə və sakit bir həyat yaşayırdılar.
Kiçik vərdişlər və səssiz sədaqət üzərində qurulmuş bir həyat.
Hər səhər Helen Corcun ürək dərmanını hazırlayırdı — on iki kiçik həbi.
Lakin yalnız bir sığorta ödənişinin gecikməsi hər şeyi dəyişdi. Aptekdə Helen öyrəndi ki, adətən 50 dollara aldıqları dərman indi 940 dollara başa gələcək. Donub qalan Helen əlacsız şəkildə əliboş geri döndü.
Evdə isə Corcun vəziyyətinin getdikcə pisləşdiyini izləyirdi: nəfəsi zəif və xırıltılı idi.
Əlini tutanda gücsüzlüyü hiss olunurdu, həyatı əldən gedirdi.
Üç gün keçdi. Üç gün davam edən ümidsizlik, ən çox sevdiyi insanın əzab çəkməsini izlədiyi üç gün... Və o, sevginin, qorxunun və ümidsizliyin ona öyrədə biləcəyi tək şeyi etdi. Aptekə geri dönən Helen satıcı arxasını çevirən kimi dərmanları çantasına götürüb qaçdı. Lakin polis onun arxasınca gəldi Məhkəməyə gətirilməzdən əvvəl Helenin təzyiqi o qədər yüksəldi ki, xəstəxanaya aparıldı.
İndi isə burada, hələ də xəstəxana xalatında bir cinayətkar kimi qanun qarşısında dayanırdı.
Səsi titrədi:
“Belə bir günü görəcəyimi heç vaxt düşünməzdim, cənab hakim".
Hakim Markus uzun-uzadı ona baxdı.
Sakitcə dedi:
“Cənab katib, bu zəncirləri açın".
Metalın çıxardığı səslər zalda silah səsi kimi yayıldı.
Sonra prokurora döndü:
“Buna nə üçün ağır cinayət ittihamı irəli sürülüb? Siz ciddisinizmi?”.
Hakimin səsi qəzəbdən deyil, daha dərin bir hissdən yüksəldi:
“Bu, cinayətkar deyil. Bu, sistemin, bizim sistemimizin uğursuzluğudur”.
Hakim bütün ittihamları ləğv etdi:
“Xanım Millerin xəstəxana xərcləri ona yazılmayacaq. Əri dərmanını bu gün alacaq. Sabah yox, məhz bu gün”.
Evə dərhal sosial xidmət və tibbi yardım qruplarının göndərilməsi əmr olundu.
Sonradan jurnalistlər onu yaxalayıb soruşdular: “Bu qədər tez qərar verməyinizə nə səbəb oldu, cənab hakim?”.
O, tərəddüd etmədən cavab verdi:
“Ədalət yalnız qanunun mətnindən ibarət deyil. İnsanlığı görə bilmək bacarığıdır”.
Bir anlıq susdu və əlavə etdi:
“O qadın dərman oğurlamadı. O, ərinin həyatı uğrunda mübarizə apardı. Bu isə cinayət deyil”.
Top