"Saat 6 da -7 də qız uşağının çöldə nə işi var?" Psixoloq Zəhra Zahidova


Bu gün bir hadisə ilə rastlaşdım və belə bir nəticəyə gəldim

Qadınlara qarşı qoyulan əksər qadağalar kişilərdən qorunmaq üçün olub

"Qızım geyiminə diqqət et"birdən hansısa nəfsini tərbiyə etməyən biri sənə zərər verər

"Qızım çölə tək çıxma"birdən biri yaxınlaşar

"Saat 6 da -7 də qız uşağının çöldə nə işi var?"
Əxlaq deyəndə nəyə görə ağıla ilk qadın gəlir?

Niyə "OLMAZ"lar ancaq qadınlara aid olur?
Bəs Kişiyə "olmaz" sözləri nə vaxt deyilib?

"Uşaqlıqdan oğlan uşagı qizlarla oynayir ana deyir "Oğlum kişidir"

Bir bəy həyat yoldaşına xəyanət edir "Kişidir"

Əsrlərdir qadınlara qarşı bu qadağalar davam edir

Kimə görə?Nəyə görə?

Əsrlərdir kişi qadını qoruyan varlıq kimi deyilir

Kişi kimdən qoruyur qadını?
Nəfsini tərbiyə edə bilməyən öz həmcinsindənmi?

Ata evində "qız uşagı" elə etməz,olmazlarla yaşayan insan

Evli olanda "Sən qadınsan"hərəkətlərinə diqqət et deyilir və sonda hərkəsin şüuraltında

Evlilik=qadağa halına gəlir

Qadın qadaĝaların obrazı olmaq üçün gəlmiyib dünyaya

Qadın olmaq bir zərafətdir
Gülmək çiçək açmaqdır
Qadın gülərsə dünya gülər

Qadınlara qadağalar qoyaraq soldurmaq əvəzinə sevərək çiçək acmasına səbəb olun ki parlasın...Parladıqca işıq saçsın ətrafına...
Unutmayın,Bir qadın sevilərsə həll edə bilməyəcəyi problem,aşa bilmədiyi maneə yoxdur.

Klinik Psixoloq Zəhra Zahidova
Top