
"WhatsApp"da yeni funksiya olacaq
İstifadəçilər üçün pulsuz olacaq yeni funksiya inkişaf mərhələsindədir.
Yenilik artıq tətbiqin 2.24.15.9 nömrəli beta versiyasında qeydə alınıb. Materialın müəllifləri qeyd edirlər ki, çatların tam tərcüməsi ayrı-ayrı mesajların tərcüməsinin məntiqi davamı olacaq.
"Görünür, "WhatsApp" özünün daxili mesaj tərcüməçi texnologiyasını inkişaf etdirir. Bu yanaşma hələ də başdan-ayağa şifrələməni saxlayır, çünki mesencer cihazda mesajları emal edəcək. Buna görə də "WhatsApp" tərcümə üçün bəzi dil paketlərini endirməli olacaq", - deyə məlumatda bildirilir.
Əvvəlcə yalnız altı dilin - rus, ingilis, ərəb, ispan, portuqal (Braziliya) və hindi dillərinin dəstəklənməsi planlaşdırılır, lakin siyahı genişlənəcək. Yeni funksiyanın tam buraxılış tarixləri hələ məlum deyil.