
Sakit okeanın dibində oksigen istehsal edən minerallar aşkar edilib
Şotlandiya, ABŞ və digər ölkələrdən olan beynəlxalq tədqiqatçılar qrupu okeanın dibindəki metal mineralların oksigen istehsal edə biləcəyini aşkar ediblər. Kəşf Yerin hidrosferini yalnız fotosintetik orqanizmlərin (yosunlar və fitoplankton) oksigenlə zənginləşdirdiyi ideyasına qarşıdır.