
Maraqlı OLAY: Evli kişi sevdiyi qadına "saxta toy" ETDİ
Bir adam evli olduğu halda başqa bir qadına toy təşkil edib. Bu barədə "Reddit" sosial şəbəkəsində paylaşım edilib. Qadağalar bu tyu keçirməsində hər hansı maneə yaratmayıb və "Reddit"də istifadəçilərə açıqlamalar verib:
"Yeddi il əvvəl magistraturamı bitirəndə əcnəbi həyat yoldaşımla tanış oldum. Eyni tələbə yataqxanasında qalırdıq və birlikdə dil tapmağa başladıq. Sonradan görüşməyə başladıq, və oradan köçdük. Hər şey əla idi, amma sonda o, rəsmi olaraq mənimlə evlənmək istədi. Yoldaşımın ailəsi çox ənənəvidir və münasibətimizi rəsmiləşdirmək niyyətindədir. Mən bunu rədd edə bilməzdim".
Lakin bu məqamda bir məsələ var idi. Kişi rəsmi nikahda olduğu qadından boşanmaq üçün məhkəməyə müraciət etməyib.
"Biz ondan pis ayrıldıq və boşanmağa vaxtımız olmadı. Mən əlaqə nömrəmi və bir məlumatımı dəyişdim".
Hazırda münasibətdə olduğu qadın əcnəbi olduğundan qayda-qanundan xəbərsizdir və hüquqi nüansları bilmədiyindən kişi bundan istifadə edib. Kişi qadını sənəd iləri ilə məşğul olacağına inandırıb və toyun təşkilini gəlinə həvalə edib. Bu həqiqətən onun və xanımının təsəvvür etdiyi kimi keçən "sehrli gün" idi:
"Biz 3 ilə yaxındır ki, evliyik. O, hələ də nikahın saxta olduğunu öyrənməyib. Deyəsən bundan yaxa qurtara bilmişəm".
Maraqlı detal hələ qabaqdadır. Kişinin keçmiş həyat yoldaşı birdən-birə peyda olub. O, kişini münasibətdə olduğu qadına hər şeyi danışmaqla hədləyib:
"Ona bunu etməməsi üçün yalvardım. Boşanmağı təklif etdim, amma dedi ki, artıq gecdir. Düzünü desəm, son günlər nə edəcəyimi bilmirəm. Burada həyat yoldaşıma nəyisə etiraf etməkdən söhbət gedə bilməz. O, tərəddüd etmədən məni tərk edəcək".
Sözügedən sosial şəbəkədə bu hadisə isə qalmaqala səbəb olub.