
Ad dəyişməklə bəxtlərinin açılacağını DÜŞÜNƏNLƏR - Mövhumat, yoxsa...
Son vaxtlar ad dəyişmə ilə bağlı sosial şəbəkələrdə təbliğatyönümlü məlumatlara rast gəlirik. Əksəriyyət özünü terapist adlandıran falçı və ya molla yanına gedərək adlarını dəyişir. Dediklərinə görə, ad dəyişməklə həyatları da dəyişə bilər. İddialara görə ad dəyişəndən sonra kimisinin bəxti açılır, kimisi iş tapır, kimisinin isə xəstəliyinin sağaldığı iddia olunur.